24.10.2026 - 11:25
Gürcüstanda saxlanılan İbad Hüseynovdan açıqlama: "Düşməncəsinə davrandılar"
Hadisə 222 baxış

Gürcüstanda saxlanılan İbad Hüseynovdan açıqlama: "Düşməncəsinə davrandılar"

Baku.ws-ın məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanın hava limanında saxlanılıb. Hüseynov bildirib ki, ona qarşı düşməncəsinə münasibət göstərilib və su içməsinə belə icazə verilməyib. Saxlanılma səbəbi haqqında isə heç bir məlumat verilməyib.

İbad Hüseynovun sözlərinə görə, köməkçisi Sahib Şirinov Gürcüstan rəsmilərinə onun Milli Qəhrəman olduğunu və saxlanılma səbəbinin açıqlanmasını tələb edib. Lakin rəsmilər Gürcüstana girişinin təhlükəli olduğunu bildiriblər, lakin bu təhlükənin nə olduğunu açıqlamayıblar. Saatlarla saxlanıldıqdan sonra ona Azərbaycana geri qayıtması tövsiyə edilib.

Bundan sonra Hüseynov Azərbaycanın Gürcüstandakı səfirliyindən yardım istəyib. Səfir Faiq Quliyevin göstərişi ilə konsul Röyal Paşayev hava limanına gedərək məsələni həll edib və nəticədə Hüseynovun Gürcüstana girişinə icazə verilib.

İbad Hüseynov bildirib ki, Azərbaycana qayıtdıqdan sonra Gürcüstanda onu saxlayanları məhkəməyə verəcək. O, Gürcüstana “Vətənpərvərlik nümunəsi İbad Hüseynov – Azərbaycan-Gürcüstan dostluğu” adlı tədbirdə iştirak etmək üçün dəvət əsasında getdiyini də qeyd edib. Tədbirin məqsədi Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: