Kim Çen In dünyanın ən güclü ordusunu qurmağı hədəfləyir
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In, ordunun hərbi və texniki baxımdan elit birliklərə çevrilməsi üçün göstərişlər verib. O, “Koreya üslubunda hərbi inqilab” çağırışı edərək dünyanın ən güclü silahlı qüvvələrini yaratmağı məqsəd qoyub.
Minval.info xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın məlumatına görə, Kim Çen In paytaxt Pxenyanda keçirilən bölük komandirləri toplantısında çıxış edib. Toplantı cümə axşamı və cümə günləri baş tutub.
Kim Çen In toplantının əsas məqsədinin dünyanın ən güclü silahlı qüvvələrini yetişdirməyə yönəlmiş bir plan hazırlamaq olduğunu bildirib. O, ordunun bütün bölüklərinin hərbi və texniki baxımdan güclü, mükəmməl döyüş birliklərinə çevrilməsini istəyib.
ABŞ, Çinin BYD elektrik avtomobillərini Yaponiyadakı hərbi bazadan qadağan edir
Kim, 22-23 oktyabr tarixlərində keçirilən tədbirdəki çıxışında yeni dövrün hərbi strukturlarına nail olmaq üçün hər bölüyün tam hazır olmasının vacibliyini vurğulayıb və “ən güclü orduyu quraq və öz üslubumuzda bir hərbi inqilabı sürətləndirək” ifadəsini işlədib.
KCNA, bu görüşün fevral ayında keçirilmiş və ölkənin növbəti beşillik yol xəritəsini müəyyən edən hakim partiyanın 9-cu Konqresindən sonra ordunun ümumi toplantısını əhatə edən ilk tədbir olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna Starlink məhdudiyyətləri ilə bağlı Trampın iddialarını təsdiqləmir
ABŞ-nın Ukrayna planı Avropada narazılıqla qarşılanır
Avropada yay istiləri 50 mindən çox insanın ölümünə səbəb olub
Diplomat yox, casus imişlər – bu ölkə 4 rusu ölkədən çıxarır
Tayvanda tayfun bir nəfəri öldürdü, onlarla insan yaralandı