Telefonla qoxu göndərmək mümkün olacaq
İnternet vasitəsilə yalnız görüntü və səs deyil, həm də qoxunun ötürülməsi mümkün ola bilər. Publika.az xəbər verir ki, bu istiqamətdə ABŞ-dakı Ohayo Dövlət Universitetinin tədqiqatçıları yeni bir araşdırma aparıblar.
Onların hazırladığı “Scentronic” adlı sistem qoxuları rəqəmsal məlumatlara çevirərək uzaqdakı cihazda yenidən yarada bilir. Bu texnologiya qəhvə, keks, portağal, pivə və qırmızı şərab kimi qoxuları tanımaq qabiliyyətinə malikdir. Sensörlər vasitəsilə qoxunun kimyəvi izlərini müəyyən edən sistem, bu məlumatları internet üzərindən qəbul edən cihazlara ötürür. Bu cihazlar isə xüsusi ətirli mayelərdən istifadə edərək həmin qoxuların oxşarını yaradır.
Yeni texnologiyanın potensialı
Bu texnologiya internet üzərindən alış-verişə də təsir göstərə bilər. Lakin onun geniş istifadəyə verilməsi üçün müəyyən problemlərin həlli lazımdır. Daha çox qoxunun tanınması, qarışıq qoxuların dəqiq təhlili, cihazların kiçildilməsi, təhlükəsizlik və istehsal xərcləri bu istiqamətdə əsas çətinliklərdir.
“Scentronic” hazırda laboratoriya mərhələsindədir və onun yaxın zamanda mobil telefonlarda istifadəyə veriləcəyi hələ məlum deyil. Tədqiqat “Science Advances” jurnalında dərc olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq