24.10.2026 - 10:34
Sakit okean sahillərində 7.2 ballıq zəlzələ: sunami təhlükəsi elan olunub
Hadisə 305 baxış

Sakit okean sahillərində 7.2 ballıq zəlzələ: sunami təhlükəsi elan olunub

Sakit okeanın Vanuatu sahillərində güclü zəlzələ baş verib. Baku.ws-ın məlumatına görə, ABŞ Geoloji Xidmətinin (USGS) bildirdiyinə əsasən, zəlzələnin maqnitudası 7,2 bal olub.

Yeraltı təkanların episentri Vanuatunun Sola şəhərindən təxminən 200 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə meydana gəlib.

ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi tərəfindən bölgədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Bu xəbərdarlıq, sahil bölgələrində yaşayan əhalinin ehtiyatlı olmasını tələb edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: