24.10.2026 - 10:24
Bakıda kafedə kütləvi dava: bir nəfər həyatını itirdi
Hadisə 173 baxış

Bakıda kafedə kütləvi dava: bir nəfər həyatını itirdi

Baku.ws-ın məlumatına görə, Bakının Xətai rayonunda yerləşən kafelərin birində kütləvi dava baş verib.

Əhmədli qəsəbəsində baş verən hadisədə tərəflər arasında yaranan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Sonradan münaqişə iştirakçıları bir-birilərinə bıçaqla hücum ediblər.

Davanın nəticəsində bir nəfər həyatını itirib. Qətlə yetirilən şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Polis əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin saxlanılması üçün zəruri tədbirlər görürlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: