24.10.2026 - 11:35
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
İdman 107 baxış

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatı Azərbaycan üçün uğurlu nəticələrlə davam edir. Baku.ws-ın məlumatına görə, yarışda Azərbaycan təmsilçiləri daha iki medal qazanıblar.

M4 yaş kateqoriyasında Elşən Kərimov 60 kq çəki dərəcəsində çıxış edərək gümüş medala layiq görülüb. Eyni zamanda, M5 yaş kateqoriyasında Babək Hacıyev də 60 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Yarışın ilk günündə isə Fərhad Rəcəbli 90 kq çəki dərəcəsində M8 yaş kateqoriyasında qızıl medal əldə edib və bu nailiyyətlə 12-ci dəfə Avropa çempionu adını qazanıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: