“Əliyev və Paşinyan Putinin dəvəti barədə qərar verməlidir”
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırıb.
Modern.az xəbər verir ki, Ned Prays ABŞ-da keçirdiyi brifinqdə bildirib:
“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Nəticə etibarı ilə Ermənistan və Azərbaycan liderləri Rusiya prezidenti Putinin dəvətinin davamlı sülhə nail olmaq üçün onlara faydalı olub-olmayacağına qərar verməlidirlər”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərinin sırf təbliğat xarakteri daşıması ilə bağlı bəyanatlarını şərh edib. Prays qeyd edib ki, Amerika tərəfi bu səyləri özünüreklam kimi xarakterizə etməyə etirazını bildirir.
“İllərdir davam edən zorakılığa və son nəticədə həm ermənilərin, həm də Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan münaqişələrə və eskalasiyaya son qoymaq istəyində özünü reklam edən heç nə yoxdur. Burada yeganə məqsədimiz bu ölkələrin hərtərəfli və davamlı sülh yolunda birgə işləməsini görmək, onlara kömək etmək və nəticədə insanların həyatını xilas etməkdir. Bilmirəm, bu, özünüreklam kimi qiymətləndirilə bilərmi”, – deyə o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar