Əlini maşından çəkən Firuzə Cəlilova şounu tərk edəcəkmi? - CAVAB
“Maşın” şouda iştirakçılardan biri əlini maşının üzərindən çəkib.
Xəbər verdiyimiz kimi, aparıcı Firuzə Cəlilova şou zamanı bilmədən oyunun qaydalarını pozub.
O, səhvən hər iki əlini uğrunda mübarizə apardıqları avtomobilin üstündən çəkib. Lakin onun bu hərəkəti gözdən qaçıb.
Belə olan halda şounun qaydalarına əsasən, iştirakçı oyunu yarımçıq tərk etməlidir.
Aparıcının şounu tərk edib-etməyəcəyi müzakirə edilir. Məsələ ilə bağlı Minval.info-ya açıqlama verən “M Group Production”-un mətbuat katibi Könül Əlibəyli bildirib ki, bu axşam verilişin ilk dəqiqələrində hər şey müzakirə ediləcək:
“Kadrlar göz qabağındadır, hər şey aydındır. Ancaq öncədən məlumat verə bilmərik. Qərar Murad Dadaşov tərəfindən açıqlanacaq. Efirin ilk dəqiqələrində artıq müzakirə aparılacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
