Əli Əliyevin 4 il həbsi istənildi
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə keçirilir.
“Qafqazinfo” xəbər verir ki, hazırda Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə partiya sədrinin 4 il müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.
Qeyd edək ki, Ə.Əliyev bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilir. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinir.
Xatırladaq ki, partiya sədri daha əvvəl 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!