12.12.2022 - 15:49
Gündəm 2 baxış

Laçın yolunda ÇADIRLAR quruldu, yol bağlandı - QARŞIDURMA - detallar “Canlı debat”da

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyyətcə erməni olanlar da xidmət edirlər.
Musavat.com xəbər verir ki, bu iddialar bugünkü aksiyada öz təsdiqini tapıb. Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb.

Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib. Hadisə yerində olan “Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli bildirib ki, sülhməramlıların bu gün aksiyaya çıxan nümayəndələrinin arasında 3 erməni olub. Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: