İsrailli politoloq: "Ermənistan terror təhlükəsi yaradır"
“Ermənistan Azərbaycan üçün terror təhlükəsi yaradır.”
Bunu Azərbaycan-İsrail münasibətlərinə dair “dəyirmi masa” zamanı israilli politoloq Yuri Boçarov deyib.
“Müharibə olmayan zaman (ermənilər) niyə atış açırlar, niyə təxribata əl atırlar? Bilirsiniz, bir çox terror təşkilatları kiminsə tərəfindən maliyyələşdirilir və onlar aldıqları pulun qarşılığını verməlidirlər. Bu baxımdan çox oxşar vəziyyətdəyik, biz öz vətəndaşlarımızı qoruyuruq və buna tam hüququmuz var”, – o bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan və İsrail strateji tərəfdaşdır və bu cür sıx əməkdaşlıq bəzi üçüncü ölkələri qıcıqlandırır.
Y.Boçarov Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini vurğulayıb.
İsrailin Homsdakı aviabazaya endirilən aviazərbələrlə əlaqəsinin olub-olmaması ilə bağlı sualı cavablandıran ekspert qeyd edib ki, İsrail Suriyada Bəşşər Əsəd rejimi ilə yox, İranın terror qruplaşmaları ilə mübarizə aparır.
“İsrail Suriyanın bütövlüyünə qarşı deyil, biz orada tamhüquqlu rəhbərliyin olmasını istəyirik. Suriya ilə 30 illik müharibə ərzində bizim sərhədimizdə heç bir təxribat olmayıb. Böyük ölçüdə, Suriya və Əsədə qarşı iddiamız yoxdur, biz İrana qarşıyıq. Bəli, bombardman olub, bəlkə də bizimkilər tərəfindəndir, amma sual yaranır: orada İranın pilotsuz uçan aparatlarının nə işi var idi və bombardmana 4 saat qalmış necə Rusiya aviabazanı tərk etdi?”, – o diqqətə çatdırıb. “Report”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?