Meloni İtaliyada yeni siyasi rekord qırdı
İtaliyanın Baş naziri Ciorcia Meloni, ölkənin İkinci Dünya müharibəsindən sonrakı siyasi tarixində yeni bir rekorda imza atıb. Meloninin rəhbərlik etdiyi hökumət, 1 413 gün fasiləsiz fəaliyyət göstərərək, Silvio Berluskoni hökumətinin 1 412 günlük rekordunu geridə qoyub. İtaliyada son 80 ildə 68 hökumətin dəyişdiyini nəzərə alsaq, bu göstərici ölkənin siyasi tarixində xüsusi əhəmiyyət daşıyır.
Minval.info xəbər verir ki, Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyası, bu rekordu qeyd etmək üçün Bari şəhərində böyük bir tədbir təşkil edəcək. Tədbirə təxminən 10 min tərəfdarın qatılması, iştirakçıların Bariyə 80-ə yaxın avtobusla gətirilməsi planlaşdırılır. Meloninin tədbirdə çıxış edəcəyi, baş nazir müavinləri Matteo Salvini və Antonio Tajaninin isə video bağlantı ilə iştirak edəcəyi gözlənilir. Tədbirin 2027-ci ildə keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində Meloninin siyasi güc nümayişinə çevriləcəyi də bildirilir.
Bu arada, hökumət tərəfdarları Bari limanında toplaşarkən, müxalif qrupların şəhərin tarixi mərkəzində etiraz aksiyası keçirməsi planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf