Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində yerləşən xarici hərbi obyektlər və Böyük Britaniyaya mümkün zərbələr haqqında növbəti rezonans doğuran bəyanatla çıxış edib.
Minval.info xəbər verir ki, Rusiya lideri Ukraynadakı hərbi kontingent və obyektlərin kimə məxsus olmasından asılı olmayaraq, Moskva üçün birbaşa hədəf olduğunu bəyan edib.
Putin çıxışında vurğulayıb: “Ukraynadakı istənilən hərbi obyektlər – istər Britaniyanın olsun, istərsə də başqasının – bizim qanuni hədəfimizdir”.
Jurnalistin Britaniyanın öz ərazisindəki hərbi obyektlərə birbaşa zərbələrin endirilməsi ehtimalı ilə bağlı sualını cavablandıran Rusiya Prezidenti təfərrüatlara varmayıb: “Bu, sirrdir, hərbi sirrdir” – deyə o qeyd edib.
Kreml rəhbərinin Böyük Britaniyanı və Qərb müttəfiqlərini birbaşa hədəf alan bu sərt hədə-qorxulanması, Qərbin Ukraynaya hərbi dəstəyini artırdığı və hərbi kontingent yerləşdirilməsi müzakirələrinin intensivləşdiyi bir vaxta təsadüf edir.
XƏBƏRİN VİDEOSU
XƏBƏRİN SƏSLİ VERSİYASI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı