Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Almaniya kansleri Fridrix Merts Saksoniya-Anhalt sənaye parkına səfəri zamanı etirazçılar tərəfindən sərt reaksiya ilə qarşılaşıb. Kansler, regional Xristian Demokrat İttifaqının (CDU) nümayəndələri ilə qapalı görüş keçirərkən, təxminən 150 nəfərlik bir qrup etirazçı tədbir yerinin yaxınlığında toplaşıb.
Minval.info xəbər verir ki, etirazçılar arasında sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tərəfdarları da olub. Merts, toplaşanlarla ünsiyyət qurmayıb və foto çəkdirmək üçün dayanmayıb. O, avtomobilinə minərək ərazini tərk edərkən, kütlənin bir hissəsi “Rədd ol!” şüarını səsləndirib.
Bununla belə, hamı etirazçılara qoşulmayıb. Yerli sakinlərdən biri, kanslerin bu cür qarşılanmasından utandığını bildirərək, hətta Mertslə birlikdə məmnuniyyətlə pivə içə biləcəyini deyib.
Son sorğulara görə, Saksoniya-Anhaltda AfD 41 faizlə liderdir, CDU-nun reytinqi isə 23 faiz təşkil edir. Merts səsverməyə qədər bölgəyə yenidən səfər etməyi planlaşdırmır. Qeyd edək ki, son illərdə Almaniyanın şərq bölgələrində hökumət rəhbərləri etirazlarla qarşılanır. 2024-cü ildə keçmiş kansler Olaf Şolts da oxşar vəziyyətlə üzləşmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi