İsrail raketi Rusiya istehsalı olan “Pansır”ı məhv etdi – VİDEO

İsrail ordusunun mətbuat xidməti Suriya ordusuna məxsus “Pansir C1” zenit raket top kompleksinin (ZRTK) İsrailin “Spike NLOS” raketi ilə vurulduğu anın görüntüsünü yayıb.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, video raketin üzərində olan müşahidə kamerası ilə çəkilib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Kadrlarda üç nəfərdən ibarət dəstənin ZRTK-nin yaxınlığında durduğunu görmək olur. Raket kompleksə ən yaxın məsafəyə qədər yaxınlaşdıqdan sonra təsvir itir.
Zərbədə əsas hədəf “Pansir-C1” sistemi olub.
Bu Suriyada İsrailin zərbəsi nəticəsində Əsəd ordusunun hərbi texnika itirməsini təsdiq edən ilk video materialdır.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Xatırladaq ki, mayın 10-da İsrail hərbçiləri Suriya ərazisində olan İrana aid hərbi obyektlərə hücum edib. İsrail ordusu bununla Holan yüksəkliklərindəki mövqelərinə yaylım atəşi sistemi ilə endirilən zərbələrə cavab verdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı