Azad edilmiş ərazilərdən 1706 hektar mina təmizləndi
Ötən həftə ərzində azad edilmiş ərazilərdə 1706,4 hektar ərazi minalardan təmizlənib. Avqustun 31-dən sentyabrın 6-dək aparılan əməliyyatlar nəticəsində 28 tank əleyhinə mina, 140 piyada əleyhinə mina və 1390 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər yerli təşkilatlar tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı