07.09.2026 - 16:11
Ölkə 17 baxış

AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimum səviyyəyə çatıb. Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi nəticəsində valyuta bazarında təklif tələbi üstələyib.

Minval.info xəbər verir ki, bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alış yönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və ya 33% artaraq tarixi maksimuma – 15,3 milyard ABŞ dollarına yüksəlib.

Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin gələcəkdə bazarda formalaşacaq tələbdən asılı olaraq yenidən bazara yönəldilməsi mümkündür. Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi halda bu barədə məlumat açıqlanacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: