Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə
Dünya bazarında neftin qiyməti Yaxın Şərqdəki gərginlik səbəbindən son bir ayın maksimumuna çatıb. “Brent” markalı neftin bir barelinin qiyməti 97,94 dollara yüksələrək iyulun 24-dən bu yana ən yüksək səviyyəyə çatıb. Analitiklər bu artımı ABŞ və İran arasında qarşılıqlı zərbələrin yenidən intensivləşməsi ilə əlaqələndirirlər. Bu vəziyyət qlobal neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqları artırıb.
Minval.info xəbər verir ki, Hörmüz boğazında tankerlərə qarşı hücumların artması da bazara təsir edən əsas amillərdən biridir. Regionda gərginliyin uzun müddət davam etməsi neft ixracının alternativ marşrutlarının axtarışını sürətləndirib. İraq “Bəsrə-Hədisa” neft kəmərinin Türkiyənin Ceyhan limanına və Suriyanın Banyas limanına qədər uzadılmasını nəzərdən keçirir. BƏƏ isə “Qərb-Şərq” neft kəmərinin istifadəyə verilməsini sürətləndirməyə çalışır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma