İsrail HƏMAS-a ağır zərbə endirdi – İki mühüm fiqurun öldürüldüyü açıqlandı
İsrail ordusu Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS-ın iki üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
Minval.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzzanın şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın silah istehsalı şöbəsinin rəhbəri Fares Əl-Masri öldürülüb. İsrail ordusunun iddiasına görə, o, atəşkəs razılaşmasını pozaraq təşkilatın hərbi potensialını bərpa etmək məqsədilə silah istehsalını təşkil edirdi.
Məlumata əsasən, HƏMAS-ın “Nuhba” xüsusi təyinatlı dəstəsinin üzvü Məhəmməd Əbu Şaka də həmin əməliyyatda öldürülüb.
SAXAL iddia edir ki, hər iki şəxs son aylarda İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planlarının hazırlanmasında iştirak edib. HƏMAS isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır
ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi
İran: ABŞ-ın 'bombaların anası'na cavabımız 'bombaların atası'dır
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”