17.11.2022 - 12:00
Gündəm 1 baxış

İranla Azərbaycan arasında müharibə olacaq? - İsrailli ekspertdən açıqlama

İsrailli ekspert Raz Tsimt “Oriental Express” analitik nəşrinə açıqlamasında İrandakı vəziyyəti dəyərləndirib.

Bakupost.az xəbər verir ki, İran üzrə ixtisaslaşan ekspert hələlik rejim üçün təhlükə olmadığını bildirib: “Çünki İslam İnqilabı Keşikçiləri Korpusu da daxil olmaqla, hələlik güc strukturlarında parçalanma yoxdur. Ticarətçilər və neftçilərin ayrı-ayrı tətilləri keçirilsə də, geniş sosial təbəqə hələ də etirazlara qoşulmayıb”.

Raz Tsimtin sözlərinə görə, İran rejimi etirazları boğmaq gücündə deyil: “İrandakı hazırkı etirazlar uzun müddət davam edə bilər”.

İsrailli ekspert İranın anti-Aazərbaycan isteriyasının isə bu ölkənin Qafqazdakı vəziyyətlə bağlı qorxusundan irəli gəldiyini deyib: “Lakin iki ölkə arasında real toqquşma ehtimalı azdır”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: