İran ABŞ-a 20 milyard dollarlıq zərər vurduğunu iddia etdi
İran iki həftə davam edən döyüş əməliyyatları zamanı ABŞ Silahlı Qüvvələrinə 20 milyard dollardan çox ziyan vurulduğunu iddia edib.
Minval.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusu-nun rəsmi nümayəndəsi Hüseyn Möhibinə istinadla məlumat yayıb.
Bildirilib ki, iyulun 7-dən 31-dək İran Silahlı Qüvvələri regiondakı ABŞ hərbi bazalarında komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləri, erkən xəbərdarlıq radarları, rabitə mərkəzləri, silah-sursat və yanacaq anbarları, logistika infrastrukturu, təyyarə anqarları, qırıcılar, pilotsuz uçuş aparatları və digər hərbi obyektlərə zərbələr endirib.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərində göstərilən texnika və infrastrukturun təxmini dəyəri əsasında hesablamalar aparılıb və mümkün zərərin 20 milyard dollara çata biləcəyi bildirilib. İddiada ən böyük maliyyə itkisinin “Patriot” zenit-raket komplekslərinin payına düşdüyü vurğulanıb.
Qeyd olunub ki, səsləndirilən rəqəm təxmini hesablamaya əsaslanır və ABŞ-ın hərbi və iqtisadi itkiləri ilə bağlı ümumi qiymətləndirməni əks etdirir. ABŞ rəsmiləri isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Reuters” həyəcan təbili çaldı - Yaxın Şərqdə müharibə Xəzərə yaxınlaşır
İsrail HƏMAS-a ağır zərbə endirdi – İki mühüm fiqurun öldürüldüyü açıqlandı
Rusiyanın “Qiyamət torpedosu” döyüş növbəsində? – Rəsmi açıqlama
Husilər iddia etdi: Səudiyyə Ərəbistanına məxsus “Bayraktar Akıncı” vurulub
WSJ: Bəhreyn və Küveyt İrana gizli zərbələr endirib