31.10.2026 - 10:54
Hakkaridə Türkiyə əsgəri həlak oldu
Hadisə 133 baxış

Hakkaridə Türkiyə əsgəri həlak oldu

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd pozuntusuna müdaxilə zamanı açılan atəş nəticəsində yaralanan müqaviləli əsgər Yusuf Sait Ünlü həyatını itirib. Publika.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə zamanı yaralanan əsgər dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə Müdafiə Nazirliyi hadisə ilə bağlı təhqiqat aparıldığını bildirir. Nazirlik, həmçinin, şəhid əsgərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: