01.11.2026 - 17:04
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Ölkə 133 baxış

Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib

Baku.ws-ın məlumatına görə, kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib. Alimin ürək çatışmazlığı səbəbindən vəfat etdiyi bildirilib.

Müslüm Qurbanov 1951-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulub. O, təhsilini Ağalıkənd kənd orta məktəbində alıb.

Elmi fəaliyyətini kimya sahəsinə həsr edən Qurbanov, 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor elmi adını qazanıb. Onun elmi rəhbərliyi ilə 8 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişib.

Professor Qurbanov nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: