Moped və velosiped sürənlərə xəbərdarlıq
Baku.ws-ın məlumatına görə, bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
BDYPİ-nin bildirdiyinə görə, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı bir gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib.
Digər hadisə isə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gecə saat 23:50-də nəqliyyat axınının əks istiqamətində velosiped idarə edən Ülfət Hüseynovu naməlum avtomobil vurub. Hadisə yerindən yayınan VAZ markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Təəssüf ki, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.
BDYPİ ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürmə vərdişləri olmadan moped və digər nəqliyyat vasitələrinin sükanı arxasına keçməməyə çağırıb. İdarə təhlükəsizliyin təmin olunması üçün hər bir hərəkət iştirakçısının şəxsi məsuliyyətinin artırılmasının və qaydalara riayət edilməsinin vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu
Ata hamilə qızını və sevgilisini qətlə yetirdi
İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub