31.10.2026 - 14:14
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Hadisə 165 baxış

Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi

Rusiyada baş verən intensiv pilotsuz uçuş aparatı (PUA) hücumları səbəbindən bir sıra hava limanlarında uçuşlar təxirə salınıb, bəziləri isə tamamilə ləğv edilib.

Oxu.az-ın məlumatına görə, son günlərdə Rusiyanın müxtəlif hava limanlarında, xüsusilə Moskva və Sankt-Peterburq şəhərlərində, uçuşların gecikməsi və ləğvi halları artıb. Şeremetyevo, Vnukovo, Domodedovo və Pulkovoda ciddi ləngimələr müşahidə olunur.

Bu vəziyyət, xüsusilə İstanbul, Antalya, Dubay, Soçi və Mərkəzi Asiya istiqamətlərinə səyahət edən sərnişinlərin planlarına təsir edib. Onlarla uçuş gecikdirilib, bəziləri isə ləğv edilib, gəliş vaxtları dəyişdirilib.

Gecikən reyslər arasında “Azərbaycan Hava Yolları”nın (AZAL) J2 182 saylı Bakı istiqamətli uçuşu da var. Təyyarənin havaya qalxma vaxtı dəyişdirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: