31.10.2026 - 14:34
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Hadisə 166 baxış

Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi

Şəki rayonu Oxud kənd bələdiyyəsinin sədri Tərlan Səlimov xəsarət alıb. Baku.ws-ın məlumatına görə, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.

Kənddə keçirilən “ciyər axşamı” məclisində Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov ilə bələdiyyə sədri arasında mübahisə yaranıb. Mübahisə zamanı icra nümayəndəsi sərxoş vəziyyətdə bələdiyyə sədrinə şüşə butulka ilə hücum edib.

İddiaya görə, Oruc Əhmədov içkili halda yüksək səslə atmacalı sözlər deyib və bələdiyyə sədrinin iradlarına qəzəblənərək onu yaralayıb. Tərlan Səlimov xəsarət alaraq xəstəxanaya müraciət edib və başına tikiş qoyulub.

Hadisə ilə əlaqədar rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb. Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi də bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: