31.10.2026 - 11:04
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hadisə 186 baxış

Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu

Oktyabrın 31-də gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun istifadə etdiyi logistika və enerji infrastrukturu obyektlərinə qarşı dron hücumlarını davam etdirib.

Publika.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Nazirliyin açıqlamasında vurğulanıb ki, hava zərbələri Kiyevdəki hərbi logistika obyektlərinə və silah, hərbi texnikanın saxlanma yerlərini elektrik enerjisi ilə təmin edən 6 nömrəli İstilik Elektrik Stansiyasına (İES) yönəlib. Bu hücum nəticəsində İES sıradan çıxarılıb.

Qeyd edək ki, bu İES Kiyevdəki ən güclü stansiya hesab olunur.

Xatırladaq ki, Kiyev meri Vitali Kliçko daha öncə Ukrayna paytaxtındakı vacib infrastruktur obyektinə üç dron hücumu nəticəsində ciddi ziyan dəydiyini bildirmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: