01.11.2026 - 16:14
Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatına ev sahibliyi edəcək
Gündəm 113 baxış

Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatına ev sahibliyi edəcək

Baku.ws-ın məlumatına görə, noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatı keçiriləcək. Bu tədbir Fövqəladə Hallar Nazirliyi (FHN) və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Çempionata 20-dən artıq ölkədən 400-dən çox iştirakçının qatılması gözlənilir. Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək bu yarış, yanğın və xilasetmə idmanının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Yarışda idmançılar dörd növ üzrə mübarizə aparacaq: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı. İştirakçılar sürət, çeviklik və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda yarışacaqlar.

Çempionat çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin də ölkəmizə səfərləri nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda FIFA U-15 dünya çempionatı baş tutub və bu turnirin qalibi İspaniya millisi olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: