Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 1-4 noyabr tarixlərində Cənubi Koreyaya səfər edəcək. Bu səfər, Cənubi Koreya Prezidenti Li Cae Myonqun dəvəti ilə həyata keçiriləcək. Türkiyənin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bazar günü bu barədə məlumat verib.
Minval.info xəbər verir ki, Duran, Türkiyənin NSosyal platformasında paylaşdığı məlumatda belə deyib: “Prezidentimiz Cənab Rəcəb Tayyib Ərdoğan, Cənubi Koreya Respublikasının Prezidenti Cənab Li Cae Myonqun dəvəti ilə 1-4 noyabr 2026-cı il tarixlərində Seula səfər edəcək.”
Rəsmi danışıqların 3 noyabr çərşənbə axşamı baş tutacağı planlaşdırılır. Görüşlərdə iki ölkə arasında Strateji Tərəfdaşlığın bütün aspektləri müzakirə ediləcək və mövcud regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılacaq.
Səfər zamanı ikitərəfli münasibətlərin hüquqi çərçivəsini gücləndirməyə yönəlmiş müxtəlif sənədlərin də imzalanacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada nə baş verir: böhran daha da dərinləşə bilər
Şimali Kore yeni misket bombalı başlıq sınağı həyata keçirib
Almaniyada gənclərin təşkil etdiyi aksiyalar genişlənir
Skeleti 47,3 milyon dollara satdılar
Zelenski Türkiyədə üçlü liderlər zirvəsini müzakirə etdi
Binance 6.3 milyard dollar dəyərində kripto hücumunun 90%-ni əvəz edib