Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Baş Dövlət Yol Polisi İdarəsi ölümlə nəticələnən yol qəzaları ilə bağlı sürücülərə müraciət edib. Publika.az-ın məlumatına görə, son dövrlərdə ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi artıb və bu, qəzaların sayının artmasına səbəb olur.
Bir gün ərzində moped və velosiped idarə edən iki gəncin faciəvi şəkildə həyatını itirməsi bu narahatlıq doğuran vəziyyəti əks etdirir. Siyəzən rayonunda 17 yaşlı bir gənc sürmə təcrübəsi olmadan moped idarə etməyə çalışıb və bu, faciə ilə nəticələnib.
Sabunçu rayonunun Maştağa qəsəbəsində isə gecə saatlarında naməlum avtomobil velosiped sürücüsü Ülfət Hüseynovu vuraraq hadisə yerindən qaçıb. “VAZ” markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən saxlanılsa da, velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi, ikitəkərli nəqliyyat vasitələri ilə bağlı risklərin aradan qaldırılmasının qadağalardan çox, yol hərəkəti qaydalarına riayət etmək və şəxsi məsuliyyət hissinin artırılması ilə mümkün olduğunu vurğulayır. İdarə, hər kəsi təhlükəsiz yol mühitinin formalaşmasına töhfə verməyə çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu
Ata hamilə qızını və sevgilisini qətlə yetirdi
İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub