İranda COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır
İranda qrip və COVID-19 infeksiyalarının yayılması yenidən artmaqdadır və nəticədə ölüm halları da qeydə alınır. Publika.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək bu barədə xəbərdarlıq edib.
Professor Kuçək bildirib ki, hazırda yayılan koronavirusun alt ştammının ötürülmə və yoluxma sürəti əvvəlkilərlə müqayisədə daha yüksəkdir. Lakin bu növün səbəb olduğu ölüm göstəriciləri əvvəlki növlərə nisbətən azdır.
O, viruslardan qorunmaq üçün əllərin müntəzəm yuyulması, maska taxılması və yaşlılarla xroniki xəstəlikləri olan şəxslərin izdihamlı yerlərdən uzaq durmasının vacibliyini vurğulayıb.
Yəmən hökuməti Husi nəzarətindəki bölgələrə yeni qubernatorlar təyin etdi
Mövcud məlumatlara əsasən, COVID-19-a yoluxma hallarında əhəmiyyətli artım müşahidə olunur və bu vəziyyət cəmiyyəti ciddi şəkildə narahat edir.
Həmçinin, bir çox ailə üzvü, xüsusən də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxması barədə məlumatlar yayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yəmən hökuməti Husi nəzarətindəki bölgələrə yeni qubernatorlar təyin etdi
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfər edəcək
Avropada nə baş verir: böhran daha da dərinləşə bilər
Şimali Kore yeni misket bombalı başlıq sınağı həyata keçirib
Almaniyada gənclərin təşkil etdiyi aksiyalar genişlənir
Skeleti 47,3 milyon dollara satdılar
Zelenski Türkiyədə üçlü liderlər zirvəsini müzakirə etdi