Husilər iddia etdi: Səudiyyə Ərəbistanına məxsus “Bayraktar Akıncı” vurulub
Yəməndə husi hərəkatı Səudiyyə Ərəbistanına məxsus olduğu iddia edilən “Bayraktar Akıncı” pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Minval.info xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səriyə məlumat verib.
Onun sözlərinə görə, Türkiyə istehsalı olan “Bayraktar Akıncı” kəşfiyyat və zərbə PUA-sı Yəmənin Əl-Cauf əyaləti üzərində həyata keçirilən əməliyyat zamanı vurulub.
Səriyə bildirib ki, pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanına məxsus olub və Əl-Cauf bölgəsində əməliyyatlarda iştirak edirdi.
Qeyd edək ki, son günlər Yəmənin Əl-Cauf əyalətində husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında döyüşlərin intensivləşdiyi bildirilir.
Husilərin səsləndirdiyi bu iddia ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələlik rəsmi açıqlama verilməyib və məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır
ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi
İran: ABŞ-ın 'bombaların anası'na cavabımız 'bombaların atası'dır
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”