Hüseynin adından istifadə edib Sənanın kartındakı pulları oğurladılar
Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhidin qardaşının dostu Elyar İslamoğlu məlumat verib. O bildirib ki, Sənana xarici nömrədən zəng edilib və zəngi edən şəxs Moskvada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib: “Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya məsələnin nəzarətə götürüldüyünü açıqlayıb: “Baş vermiş hadisə araşdırılır və nəticəsi ilə bağlı məlumat veriləcək”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir