“HB Güven” və tanınmış həkim məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən “HB Güven” klinikası məhkəməlik olub.
“Qafqazinfo”nun məlumatına görə, tibb müəssisəsini məhkəməyə Vətən müharibəsi qazisi Hüseynov Ülvi Məsum oğlu verib.
İddiaya görə, qazinin “HB Güven”də ayağı amputasiya olunan zaman, digər ayağı əməliyyat zamanı yandırılıb.
Belə ki, iddiaya görə, əməliyyatda qanın qarşısını almaq üçün istifadə olunan cihaz partlayıb və qazinin ayağını yandırıb. Bunun nəticəsində Ü.Hüseynovun bir barmağı da amputasiya olunub.
Əməliyyat tanınmış professor, travmotoloq Çingiz Əlizadənin rəhbərliyi ilə keçirildiyindən, o da məhkəmədə cavabdeh qismində çıxış edəcək.
22 yaşlı qazi məhkəməyə müraciət etməklə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir