Həştərxanda Azərbaycan İş Mərkəzinin açılışı olub
Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Azərbaycan İş Mərkəzinin açılışı olub.
APA-nın Rusiya bürosunun məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, Heydər Əliyev Mərkəzinin icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, I vitse-prezidentin köməkçisi Yusif Məmmədəliyev, Bakının Nərimanov rayonun icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev və hər iki ölkədən olan iş adamları iştirak ediblər.
Mərasimdə Həştərxan qubernatoru Aleksandr Jilkin və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev çıxış ediblər.
Daha sonra “Made in Azerbaijan” brendi adı altında Azərbaycan istehsalçılarının mal və xidmətlərinin sərgisinə baxış keçirilib.
Qeyd edək ki, bu gün fəaliyyətə başlayan Azərbaycan İş Mərkəzi Həştərxan şəhərinin Bakinskaya küçəsi, 100 ünvanında yerləşir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!



