Həkim xəstənin başına oyun açdı... - Azərbaycanda (Video)
Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində həkim qurbanı olan ailədən bəhs edilib.
Minval.info xəbər verir ki, verilişə müraciət edən Müşfiq adlı şəxs 2 il əvvəl başına gələn qorxunc hadisədən danışıb.
Onun iddiasına görə, 2 il əvvəl Sabirabad rayonunda Günay Xəlilova adlı həkim həyat yoldaşını qeysəriyyə əməliyyatı edib. Bu zaman xəstənin qarnında tibb mütəxəssisinin işlətdiyi iynə qalıb. Bu illər ərzində xəstədə qeyri-müəyyən xəstəliklər ortaya çıxmağa başlayıb. Müalicələr getsə də xəstədə irəliləyiş olmayıb.
Bir gün rentgen zamanı məlum olub ki, xəstənin qarnında yad cism var. Əməliyyatdan sonra iynə xəstənin qarnından çıxarılıb. Bəlli olub ki, iynə 2 il əvvəl xəstənin qarnında qalıb. Daha sonra Müşfiqlə həkim arasında qalmaqal başlayıb.
Ekspertiza da rəy verərək Müşfiqin haqlı olduğunu qeyd edib. İşə hazırda prokurorluq baxır.
Qeyd edək ki, adı çəkilən həkim Milli Məclisin deputatı Mirzəcan Xəlilovun qızıdır.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Minval.info
https://youtu.be/vj5Xf0a2RPU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı