Hədə-qorxu ilə pul tələb edən Təranənin əri imiş
Xəbər verdiyimiz kimi, Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs Rasim Həsənov saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, saxlanılan şəxs Rasim Həsənov tanınmış prodüser Təranə Səmədovanın həyat yoldaşıdır.
Qeyd edək ki, T.Səmədova dünən instaqram hesabında əri Rasim Həsənovun keçmiş sevgilisi Abbas Səfərovun (Təranə Səmədovanın böyük qızının atası – red.) şikayəti əsasında həbs olunduğunu iddia edib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində instaqramda tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyən edilib. R.Həsənov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir