Gəncədəki izdihamın səbəbi bu imiş- VİDEO
Gəncədə əhalinin şəhərdə yerləşən binalardan birinin qarşısına toplaşmasını əks etdirən görüntülər yayılıb.
Jurnalist Məhəmməd Türkmən özünün “facebook” hesabında videonu paylaşaraq bildirib ki, həmin insanlar binaya Fövqəladə Hallar Nazirliyinin iş elanından sonra yığılıblar. Videodan görünür ki, yüzlərlə insan izdihamla, növbəsiz şəkildə binaya daxil olmağa çalışır.
Məsələ ilə bağlı FHN-in Mətbuat xidmətindən bildirib ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: “Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, nazirliyin səlahiyyətlərinə aid olmayan müracitlər müvafiq qaydada yönləndirilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“İrşad Telecom”dan yeni fırıldaq - Bu elana aldanmayın!
Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçdı
Nazirlik əməkdaşının meşədə meyiti tapıldı - FOTO (Azərbaycanda)
Zərrab ailəsinin məhkəmə başlamadan Türkiyədən qaçdığı ortaya çıxdı
"Qızım intihar etməyib" - Qırtımovun atasından açıqlama