11.09.2026 - 18:32
Təhsil 15 baxış

Finlandiyalı fenomen estetik əməliyyatda həyatını itirdi

Finlandiyalı sosial media fenomeni Olivia Oras estetik əməliyyat zamanı həyatını itirib. 27 yaşlı Oras, sentyabrın 3-də Helsinkidəki özəl klinikada prosedurdan əvvəl anesteziya qəbul etdikdən sonra huşunu itirib. Minval.info xəbər verir ki, o, daha sonra Helsinki Universitet Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Hadisə ilə bağlı polis araşdırma aparır.

Olivia Oras 14 yaşından etibarən sosial mediada tanınmağa başlayıb və 2016-cı ildə həyatından bəhs edən “The Perfect Selfie” sənədli filmində iştirak edib. Son illərdə sosial məsuliyyət layihələri ilə məşğul olan Oras, ağciyər xəstəlikləri üzrə araşdırmaları dəstəkləyən qeyri-kommersiya təşkilatı yaratmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: