Fəzail Ağamalı: “Laçın dəhlizində öz postlarımızı yaratmalıyıq”
“Fransa Azərbaycanın dostu deyil, düşmənidir. Qətnamə qəbul olunandan sonra bir nəfərdən başqa riyakar, böhtan dolu qətnaməyə səs verdilər”. Deputat Fəzail Ağamalı bu fikirləri Milli Məclisdəki çıxışında söylədi.
Deputat bildirdi ki, ortada dostluq olmadığı halda, Azərbaycan-Fransa dostluq qrupu xüsusi bəyanatla çıxış edib, öz fəaliyyətini dayandırmalıdır. F.Ağamalı əlavə etdi ki, eynilə Rusiya və İran da Azərbaycana qarşı məkrli siyasətini davam etdirir. “Sülhməramlılar elə bir cəsarət sahibi deyillər ki, Azərbaycana qarşı belə mövqedən çıxış etsinlər”-deyən deputat bildirdi ki, əslində onlar sülhməramlı deyil, onlar erməniyanlı, ermənipərəst qüvvələrdir. “Biz heç bir tərəddüdə yol vermədən Laçın dəhlizində öz postlarımızı yaratmalı, gəlib-gedənləri yoxlamalıyıq. Elə dünən məlum oldu ki, İrandan 14 nəfər naməlum şəxs Laçın dəhlizindən Azərbaycan ərazilərinə daxil olub”.
F.Ağamalı dedi ki, İranın Azərbaycana qarşı düşmənçiliyi davam edəcək. “Səhər” televiziyası ilə Azərbaycana qarşı təhqirlər yağdırılır: “Təklif edirəm ki, Azərbaycanda müstəqil televiziya və radio açılsın, biz də onlara tutarlı cavab verək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazim İbrahimovun qardaşının şok dələduzluqları
KİV: “Ermənistanın Baş prokuroru istefa verə bilər”
Azərbaycanda dəhşətli qəza: 8 nəfər öldü
Azərbaycanda iki qız oğlanın qarşısında erotik rəqs edərək... (VİDEO)
“Qapanma qərarı yoluxma dinamikasından asılı olacaq”