28.07.2022 - 13:24
Mədəniyyət 34 baxış

"Evim yoxdur, qızımla yaşayıram" - Kübra Əliyeva

“Elgizin Pirallahıda yerləşən bağına getdim. Dedim ki, Pirallahıda torpaq istəyirəm. İstədim və dedim ki, versələr alaram, yaşayaram. Mənə nələr yazdılar: “Kübranın gözü doymur”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva “Elgizlə izlə” proqramında deyib. Bir müddət əvvəl Pirallahı qəsəbəsində torpaq sahəsi istəyən aktrisa tənqid edilib. K.Əliyeva tənqidlərə belə cavab verib:

“Heç cavab vermədim. Onların səviyyəsinə enmək lazım deyil. Bu dəqiqə heç mənim öz evim yoxdur. Evimi bağışlamışam qızıma və orada da yaşayıram. Dünyada köçəndən sonra o ev qızımındır”.

Qeyd edək ki, K.Əliyeva açıqlamalarının birində övladının ona Bodrumda ev aldığını demişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: