Bantik mağazalarına cərimə: İşçilərin hüquqları tapdanır
Bantik mağazalar şəbəkəsində satıcı kimi çalışan Aysu Abdullayeva işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonusların verilmədiyini iddia edib. Bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşdığı video səbəbindən hədələndiyini də bildirib.
Minval.info xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aysu Abdullayevanın müraciətini araşdırıb. Araşdırma nəticəsində Bright Beauty MMC-dən lazımi sənədlərin təqdim edilməsi tələb olunub. Lakin sənədlərin tam təqdim edilməməsi səbəbindən qanunvericiliyə uyğun tədbirlər görülüb.
Xidmətin açıqlamasına görə, Bright Beauty MMC-nin vəzifəli və hüquqi şəxsləri inzibati məsuliyyətə cəlb edilib və müəssisə cərimələnib. Müraciətə dair vətəndaşa müvafiq qaydada cavab verilib.
Qeyd edək ki, mediada Bantik mağazalar şəbəkəsi ilə bağlı daha əvvəl də oxşar iddialar yayılıb. 2024-cü ildə mağazada satıcı işlədiyini bildirən bir qadın, 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia etmişdi. Şirkətin rəhbəri Leyla Əliyeva isə bu iddialara cavab olaraq qadını tanımadığını və problemin həlli üçün onunla əlaqə saxlamağa hazır olduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orxan Əliyev SOCAR-da yeni vəzifəyə təyin edildi
Saqqallıların Çinə girişinə qeyri-rəsmi qadağa?
Faciədən öncə çəkilən fotolar yayıldı
Taksi qiymətləri niyə yüksəlir? Səbəblər açıqlandı!
Badamdarda dörd aylıq yol problemi: Hələ də həll yoxdur
Suraxanıda yol təmiri: Sıxlıq artdı!
Sona Sadıxlı DOST Agentliyində şöbə müdiri oldu