Ət idxalında lider ölkələr açıqlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə ət idxalının əsas istiqamətlərini açıqlayıb. Hazırda Azərbaycana ən çox mal əti Ukrayna, Braziliya, Belarus, Hindistan və Rusiyadan gətirilir. Qoyun əti üzrə isə əsas idxalçı ölkələr Monqolustan, Rusiya və Birləşmiş Ərəb Əmirlikləridir.
Minval.info xəbər verir ki, AQTA tərəfindən ölkəyə idxal olunan və yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsul idxal edilməmişdən öncə ixracatçı ölkədəki epizootik vəziyyət təhlil edilir. Xarici ölkələrdən gətirilən diri heyvanlar, ət və ət məhsulları yüksək riskli məhsul qrupuna aid olduğu üçün ciddi təhlükəsizlik və keyfiyyət tələbləri üzrə nəzarətdən keçilir.
AQTA-nın regional bölmələrinin əməkdaşları yükə baxış keçirir, məhsullardan nümunələr götürülür və laborator sınağa cəlb edilir. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, məhsulun dövriyyəyə buraxılmasına icazə verilir. Yüksək riskli məhsulların daşınması, satışı və dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə və temperatur rejiminə ciddi riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər. Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat verilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah gəncləri Mançesterdə ağır məğlub oldu
Səfir Mustafayevdən Moskvaya neqativ fon xəbərdarlığı
Bakıda səs-küy çirklənməsi: Sağlamlığa təhlükə!
Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!