İş adamı Elnar Mehdiyevə ölkədən çıxış qadağası
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına məhdudiyyət tətbiq edilib. Bu qərar, “Saxur” MMC-nin dövlət büdcəsinə, işsizlikdən sığorta, icbari tibbi sığorta və Dövlət Sosial Müdafiə fondlarına ümumilikdə 9324 manat məbləğində vergi borcunun yaranması səbəbindən qəbul edilib.
Minval.info xəbər verir ki, borcların ödənilməsi ilə bağlı şirkətə dəfələrlə bildiriş göndərilsə də, ödənişlər həyata keçirilməyib. Nəticədə, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək, “Saxur” MMC-nin rəhbəri, Zaqatala rayon sakini 36 yaşlı Elnar Mehdiyevin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iddia qaldırıb.
Məhkəmə bu iddianı təmin edərək, borclar tam ödənilənədək Elnar Mehdiyevin Azərbaycandan çıxışına məhdudiyyət qoyulmasına qərar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AYNA avtobus marşrutlarını müsabiqəyə çıxarır
Ət idxalında lider ölkələr açıqlandı
Sabah gəncləri Mançesterdə ağır məğlub oldu
Səfir Mustafayevdən Moskvaya neqativ fon xəbərdarlığı
Bakıda səs-küy çirklənməsi: Sağlamlığa təhlükə!
Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!