Ermənistan müxalifətindən Azərbaycanlılara qarşı yeni qanun təklifi: Əmlak alışı qadağan oluna bilər
Ermənistan parlamentində müxalifət lideri Narek Karapetyan, Azərbaycan vətəndaşlarının ölkədə əmlak almasını məhdudlaşdırmaq üçün yeni qanun təklif edib. O, bu addımın həm sülhün təminatına, həm də Ermənistanın demoqrafik təhlükəsizliyinə xidmət edəcəyini bildirib.
Minval.info xəbər verir ki, Karapetyan, “Səfərov əleyhinə qanun”un qəbul edilməsinin vacibliyini vurğulayıb. O, həmkarlarının bu məsələyə gərginlik yaratmadan yanaşmalarını tövsiyə edərək, Azərbaycan vətəndaşlarının Ermənistanda on gündən artıq qalmasını və əmlak sahibi olmasını qadağan edən qanunun qəbul edilməsini təklif edib.
Karapetyan, Türkiyədə də Ermənistan vətəndaşlarına qarşı oxşar məhdudiyyətlərin olduğunu xatırladaraq, bu qanunun qəbulunun həm ölkənin inkişafı, həm də Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əhəmiyyətli olduğunu qeyd edib. O, eyni zamanda, Ermənistanda azərbaycanlıların demoqrafik varlığının formalaşmasının qarşısını almaq üçün potensial risklərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Azərbaycanda yeni qəsəbənin inşasına başlanılır
Bakının Nəsimi rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Səlim Müslümov Milli Aviasiya Akademiyasında dərs deyir