Erməni güləşçi idmançımıza son saniyələrdə təslim oldu -
İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb.
Minval.info-nun verdiyi məlumata görə, onun rəqibləri postsovet təmsilçiləri olub.
Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda gürcü Nikoloz Çikaidzeni 8:6 və finalda rusiyalı Məhəmməd Yarbilovu 3:1 məğlub edib.
Təbii ki, ən prinsipial görüş sonradan bürünc medal qazanan erməni idmançısı ilə qarşılaşma olub. Malxas Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək on saniyə qalmış döyüşsüz təslim olub. Həmin görüşün videosunu təqdim edirik:
https://www.youtube.com/watch?time_continue=2&v=ioFlV1Q2ye0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!