Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Şəkidə baş verən faciənin şahidi olan Coşqun Məmmədovun nişanlısı Nazlı xanım hadisənin təfərrüatlarını açıqlayıb.
Nazlı xanımın sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı ziplaynın birinci mərhələsini uğurla keçiblər. İkinci mərhələdə əvvəlcə Şəbnəm təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Daha sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkməyi planlaşdırıb. Onun dediyinə görə, Coşqun xəttin sonuna çatmamış, qarşı tərəfdən Ucal da yola salınıb və eyni anda xətt üzərində iki nəfər olub.
Minval.info xəbər verir ki, Nazlı xanım Coşqunun ona əl yellədiyini, bir neçə saniyə sonra isə qəfil sola doğru getdiyini və trosun qırıldığını bildirib. Zərbədən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, lakin ciddi xəsarət almayıb.
Hadisə saat 14:44-də baş verib və həmin ana aid fotoşəkilin vaxt göstəricisi bunu təsdiqləyir. Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı bunun Coşqun olduğunu düşünüb və onun sağ qalacağına ümid edib. Saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda isə artıq gec olub. Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi”, – deyir Nazlı xanım.
Bu vaxt gözləri Ucal və Şəbnəmi axtarır. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görür. Nazlı xanımın sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb. “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı…” deyə o bildirir.
Nazlı xanımın başqa bir cümləsi isə bu faciənin bütün ağırlığını ifadə edir. Deyir, yüksəklikdə işləyən kişiyə baxıb yazıqları gəlib, hətta ona əlavə pul verməyi düşünüblər: “Amma axırda özüm yazıq oldum… İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir