Erməni ekspert: Bu, böyük müharibəni yaxınlaşdırır
“Ermənistan hökuməti istənilən ssenariyə meyllidir. Paşinyan uzun illər saxladığı şəxsi inancını da buraya əlavə edir: Qarabağdan qurtulmaq lazımdır”.
Musavat.com xəbər verir ki, bunu erməni mediasına müsahibəsində politoloq Stepan Danielyan deyib.
“Ancaq həyat göstərir ki, böyük geosiyasi maraqlar olduğuna görə qərar vermək onun səlahiyyətində deyil”,-o, qeyd edib.
Danielyanın fikrincə, Ermənistan hakimiyyətinin fəaliyyəti vəziyyəti daha da çətinləşdirir və Cənubi Qafqaz regionunda böyük müharibəni yaxınlaşdırır.
“Ermənistan hökuməti Rusiyanın mövqeyi ilə razılıqdan, yəni rus qoşunlarının Qarabağda qalması və statusun gələcək nəsillər üçün təxirə salınmasından dəm vurur. Eyni iqtidar Qərbdə Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verilməsindən danışır. İranda isə tamamilə əks bəyanatlar verirlər”,-deyə erməni ekspert Paşinyan iqtidarının hərəkətlərini bu cür təsvir edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!