05.06.2018 - 12:34
Gündəm 1 baxış

Efirdə gözlənilməz addım - İnsanlar göz yaşına boğuldu (Video)

ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində dramatik anlar yaşanıb.

Minval.info xəbər verir ki, ürək xəstəliyindən əziyyət çəkən Cəbrayıl üçün edilən yardımlar hamını kövrəldib.

Belə ki, müğənni Roza Zərgərli köməkçisi vasitəsilə verilişə onun əməliyyatı üçün min manat pul göndərib.

Müğənninin köməkçisi eyni zamanda özünün Kərbəla ziyarətinə getmək üçün topladığı pulu da Cəbrayıla bağışlayıb.

Bu zaman aparıcı İlham Mirzəyev yerindən qalxaraq onu qucaqlayaraq göz yaşlarını saxlayıb bilməyib.

Qeyd edək ki, Cəbrayılın təcili ürək əməliyyatına ehtiyacı var. Ona yardım etmək istəyənlər aşağıdakı hesaba pul köçürə bilərlər:

“Milliön” – Bank of Baku – Müştəri kodu – 776750 – Doğum tarixi – 18/12/1997

Samir M. / Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: