Dünyanın ən bahalı futbolçusu açıqlandı

“CIES Football Observatory” İngiltərə millisinin və Londonun “Tottenhem futbol klubunun hücumçusu Harri Keyni dünyanın ən bahalı futbolçusu elan edib.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, portalın analitik hesablamalarına görə, Keynin transfer qiyməti 201,2 milyon avrodur.
Dünyanın ən bahalı 100 futbolçusunun siyahısı həmin saytda dərc olunub.

Ən bahalı futbolçuların beşliyinə Keynlə yanaşı “PSJ”dən Neymar (195,7 milyon avro), “PSJ”dən Killian Mbappe (186,5 milyon avro), “Barselona”dan Lionel Messi (184,2 milyon avro) və “Liverpul”dan Məhəmməd Salah (171,3 milyon avro) daxil edilib.
Çempionlar Liqasının beş qat çempionu Kriştianu Ronaldunun transfer qiyməti isə 103,4 milyon avro hesablanıb və oyunçu reytinq cədvəlində 24-cü pillədə qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni yeni Kadiyə çevirdiniz" - Forvard "Qarabağ"la vidalaşdı
Rəqibin burnunu sındıran futbolçuya 48 oyunluq cəza verilib
Fransız nəhəngi avro kuboklardan uzaqlaşdırıla bilər
Bakıda keçiriləcək Avropa çempionatına titullu komandalar qatılacaq - ADLAR
"Trabzonspor" 18 yaşlı azərbaycanlı oyunçunu alır - "Sumqayıt"dan açıqlama